Bir müddət əvvəl yayımı dayandırılan proqramlardan bəzilərinin efirə qayıdacağı barədə iddialar səsləndirilir.
İddialarda o verilişlərin yeni mövsümdən yenidən yayımlanacağı deyilir.
Bəs deyilənlər nə dərəcədə həqiqətəuyğundur? Bağlanan verilişlər efirə qayıdacaqları halda proqramlarda nə kimi dəyişikliklər olacaq?
Bakıvaxtı.az verilişləri bağlanan kanallara sorğu göndərib.
ARB-dən bildirilib ki, yayılan iddialar əsassızdır:
“Bağlanan verilişlərin və ya həmin aparıcıların yenidən ekranlara qayıtması ilə bağlı məlumat yoxdur”.
ATV-dən isə bununla bağlı suallar cavabsız qalıb.
Qeyd edək ki, bi müddət əvvəl ATV-də Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” və Zaur Baxşəliyevin aparıcısı olduğu “Bizimləsən” verilişləri, eləcə də ARB TV-də Xoşqədəm Hidayətqızının aparıcısı və müəllidi olduğu “Səni axtarıram”, Zaur Kamalın “Həmin Zaur” və Elgiz Əkbərin “Elgizlə izlə” proqramları bağlanıb.
























