image-5836993390472532794backend

Böyük Britaniyada hava nəqliyyatında ciddi problem: 200-ə yaxın reys ləğv edilib

Böyük Britaniyada hava hərəkətinin idarə olunması üzrə xidmət göstərən Nats şirkətində baş verən texniki nasazlıq ölkə üzrə uçuşlarda ciddi gecikmələrə və ləğvlərə səbəb olub.

İNFOAZ.MEDİA xəbər verir ki, artıq 200-ə yaxın reys ləğv edilib və bu rəqəmin artacağı gözlənilir.

“Ryanair” şirkətinin məlumatına görə, 65 mindən çox sərnişin 8 saata qədər gecikmələrlə üzləşib. “British Airways” və “easyJet” də uçuşlarda problemlərin yarandığını açıqlayıb.

Nats şirkəti bildirib ki, mühəndislər nasazlığın səbəbini müəyyənləşdirib və normal fəaliyyətin bərpası üzərində çalışırlar. Şirkət qeyd edib ki, sistemin tam bərpası müəyyən vaxt aparacaq.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki