Böyük Britaniya Hörmüz boğazındakı vəziyyətlə bağlı genişmiqyaslı diplomatik təmaslara başlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Rəsmi London strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ətrafında artan gərginliyi müzakirə etmək üçün bir sıra ölkələrlə görüşlər keçirir.
Məlumata görə, müzakirələrə Avropa, Asiya, Afrika və digər regionları təmsil edən 30-dan çox ölkə cəlb olunub. Bu ölkələr sırasında Fransa, Almaniya, İtaliya, Yaponiya, Kanada, Norveç, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri kimi mühüm tərəfdaşlar yer alır.
Diplomatik görüşlərin əsas məqsədi bölgədə təhlükəsizliyin təmin edilməsi, enerji marşrutlarının qorunması və mümkün eskalasiyanın qarşısının alınmasıdır.
Rauf
























