Bolqarıstanın Belitsa şəhəri yaxınlığında hərbi istehsal və saxlama müəssisəsində yanğın baş verib. Yanğın daha sonra bir neçə partlayışa səbəb olub.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə nəticəsində müəssisədə çalışan təxminən 300 işçi təxliyə edilib. İlkin məlumata görə, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb.
Rəsmilər hadisənin hazırda sabotajdan daha çox qəza olduğunu ehtimal edirlər. Bununla belə, yanğının və partlayışların dəqiq səbəbi ilə bağlı araşdırma davam edir.
Müəssisə Bolqarıstanın müdafiə şirkəti EMCO-ya məxsusdur. Şirkət müxtəlif növ sursatların istehsalı və ticarəti ilə məşğuldur və daha əvvəl Ukraynaya silah tədarük edib.
Rauf
























