image-blinkenbackend

Blinken: Tramp İranla nüvə sazişini ləğv etdi, əvəzində heç nə təqdim etmədi

ABŞ-ın keçmiş dövlət katibi Entoni Blinken İranla imzalanmış nüvə sazişini müdafiə edərək, həmin razılaşmanın Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqda mühüm rol oynadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Blinkenin sözlərinə görə, saziş İranın bir nüvə silahı üçün kifayət edəcək parçalanan material istehsal etməsini ən azı bir il gecikdirirdi və bu, lazım gələrsə, hərbi variantdan istifadə etmək üçün kifayət qədər vaxt yaradırdı.

“Bu razılaşma İranın bir nüvə silahı hazırlamaq üçün lazım olan parçalanan materialı istehsal etməsini ən azı bir il uzadırdı. Hərbi variant da heç vaxt gündəmdən çıxarılmamışdı”, – deyə o bildirib.

Keçmiş dövlət katibi əlavə edib ki, Donald Tramp həmin sazişi bəyənmədiyi üçün ləğv etdi, lakin onun yerinə alternativ mexanizm təqdim etmədi.

“Prezident Tramp o vaxt sazişi sadəcə ləğv etdi və onu heç nə ilə əvəz etmədi. Bundan sonra isə İran nüvə bombasına, ən azı isə onu hazırlamaq üçün lazım olan materialın istehsalına daha da yaxınlaşmağa başladı”, – deyə Blinken vurğulayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki