image-skott-bessentbackend

Bessent: Çin ABŞ-ni süni intellekt yarışında məğlub etsə, “Dəmir Günbəz” əhəmiyyətini itirəcək

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Çin süni intellekt sahəsində ABŞ-ni geridə qoyarsa, İsrailin “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi kimi qabaqcıl hərbi texnologiyalar belə əhəmiyyətini itirə bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Bessentin sözlərinə görə, ABŞ-nin süni intellekt sahəsində liderliyini qoruması milli təhlükəsizlik baxımından olduqca vacibdir.

O vurğulayıb ki, Çin süni intellekt yarışında qalib gəlsə, ABŞ-nin hərbi üstünlüyü, o cümlədən “Dəmir Günbəz” kimi müdafiə sistemləri artıq əvvəlki əhəmiyyətini daşımayacaq.

Bessent bununla ABŞ-nin süni intellekt texnologiyalarının ölkənin gələcək təhlükəsizliyi və müdafiə imkanları üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki