Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ekvadoru Milli Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin X sosial media hesabında paylaşılıb.
“Ekvador Respublikasının Milli Günü münasibətilə Ekvador xalqına və hökumətinə səmimi təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Ekvador!”, – məlumatda qeyd olunub.
























