Malatya şəhərində mübahisə etdiyi atasının avtomobilini yandıran şəxs saxlanılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, hadisə şəhərin Yeşilyurt rayonunun Karakavak məhəlləsində baş verib. Ata ilə oğul arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdən sonra oğul atasına məxsus avtomobili yandırıb.
Ətrafdakı şəxslərin məlumatı əsasında hadisə yerinə yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Yanğın nəticəsində avtomobil yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Təbriz
























