Asim Munir İRANA GETDİbackend

Asim Munir İRANA GETDİ

Pakistan Ordusunun Baş Qərargah rəisi Asim Munir İranın paytaxtı Tehrana rəsmi səfər edib.

İNFOAZ.MEDİA xəbər verir ki, səfər zamanı o, İranın xarici işlər naziri Abbas Araqçi tərəfindən qarşılanıb. Görüşdə iki ölkə arasında təhlükəsizlik, sərhəd əməkdaşlığı və regional sabitlik məsələlərinin müzakirə olunduğu bildirilir.

Son dövrdə artan regional gərginlik fonunda bu səfərin məqsədinin Tehran–İslamabad xəttində koordinasiyanı gücləndirmək və mümkün atəşkəs və diplomatik prosesləri dəstəkləmək olduğu qeyd edilir.

Pakistan tərəfinin son aylarda İran və ABŞ arasında vasitəçilik rolunu artırdığı və tərəflər arasında dialoqun davam etdirilməsi üçün səylər göstərdiyi də vurğulanır.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki