image-karoline-leavitt-2250706155-1024x691backend

Ağ Ev: Səudiyyə ilə nüvə sazişi Amerikanın maraqlarına xidmət edir

Ağ Evin mətbuat katibi Kerolayn Livit ABŞ ilə Səudiyyə Ərəbistanı arasında nəzərdə tutulan mülki nüvə sazişi ilə bağlı sualı cavablandırıb.

İNFOAZ.MEDİA xəbər verir ki, jurnalistin “Niyə Səudiyyə Ərəbistanına mülki nüvə sazişi verilir, amma İrana verilmir?” sualına cavab olaraq Livit bildirib:

“Səudiyyə Ərəbistanı ilə əldə etdiyimiz saziş ilk növbədə Amerikanın maraqlarına xidmət edir.”

Livit bununla Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə nüvə əməkdaşlığını ABŞ-ın milli maraqları çərçivəsində qiymətləndirdiyini vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki