ABŞ və İran rəsmiləri gələcək danışıqların keçirilməsi barədə prinsipial razılığa gəliblər, lakin görüşün nə tarixi, nə də keçiriləcəyi məkan hələlik dəqiqləşdirilməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, tərəflər dialoqu davam etdirmək niyyətindədir, bu isə diplomatik prosesin yenidən aktivləşdiyini göstərir.
Məlumata əsasən, tərəflər arasında əsas fikir ayrılıqları qalmasına baxmayaraq, müzakirələrin davam etdirilməsi üçün razılıq əldə olunub. Eyni zamanda, vasitəçilərin növbəti mərhələ üçün uyğun platforma və vaxt üzərində işlədiyi bildirilir.
Jalə
























