ABŞ və İndoneziya Hind-Sakit okean regionunda hərbi əlaqələri gücləndirmək məqsədilə yeni “Müdafiə Əməkdaşlıq Tərəfdaşlığı” təşəbbüsünü işə salıb.
İNFOAZ.MEDİA xəbər verir ki, yeni tərəfdaşlıq çərçivəsində əsas diqqət hərbi modernləşməyə yönəldiləcək. Bu, texnologiyaların yenilənməsi, dəniz sistemlərinin inkişafı və texniki xidmət dəstəyini əhatə edir.
Bundan əlavə, tərəflər hərbi təlim və təhsil sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır. Bu istiqamətdə xüsusi təyinatlı qüvvələr üçün proqramların da həyata keçirilməsi nəzərdə tutulur.
Razılaşma həmçinin birgə hərbi təlimlərin artırılması və qüvvələr arasında uyğunluğun gücləndirilməsini də əhatə edir.
Ayrıca, ABŞ və İndoneziya arasında ABŞ hərbi təyyarələrinin İndoneziya hava məkanından istifadə imkanları ilə bağlı ilkin müzakirələrin aparıldığı bildirilir.
Jalə
























