Karakasda yerləşən ABŞ səfirliyi 2019-cu ildən sonra ilk dəfə fəaliyyətini bərpa edib.
İNFAOZ.MEDİA xəbər verir ki, uzun müddət bağlı qalan səfirlik bazar ertəsindən etibarən yenidən açılıb. Lakin hələlik tam konsulluq və diplomatik xidmətlərin hamısı bərpa olunmayıb.
Bildirilir ki, ABŞ diplomatları mərhələli şəkildə Karakasa geri qayıdır və səfirliyin fəaliyyətinin tədricən genişləndirilməsi planlaşdırılır.
Jalə
























