image-5981187730500685229backend

ABŞ, İsrail və Livan “Hizbullah”ın tərksilahı üçün bir neçə planı müzakirə edir

ABŞ, İsrail və Livan “Hizbullah”ın silahsızlaşdırılması ilə bağlı bir neçə mümkün ssenarini nəzərdən keçirir.

İNFOAZ.MEDİA xəbər verir ki, The Wall Street Journal (WSJ) nəşrinin məlumatına görə, təkliflərdən biri ABŞ-nin elit Livan ordusu bölmələrini hazırlaması, silahlandırması və yoxlamadan keçirməsini nəzərdə tutur. Bu qüvvələrin mərhələli şəkildə İsrail ordusunu Livanın cənubunda əvəz etməsi, daha sonra isə zərurət yaranacağı halda “Hizbullah”ın tərksilahına cəhd göstərməsi planlaşdırılır.

Müzakirə olunan digər variantlar arasında Suriyanın “Hizbullah”ın təchizat marşrutlarını kəsməyə yardım etməsi və ya İsrailin davam edən hərbi əməliyyatları vasitəsilə qruplaşmanın zəiflədilməsi də yer alır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki