image-5990223134805659273backend

ABŞ-ın yüksək dəqiqlikli raket ehtiyatlarının sürətlə tükənməsi narahatlıq yaradır

ABŞ administrasiyası İranla bağlı gərginlik fonunda ölkənin qabaqcıl hava hücumundan müdafiə sistemləri və yüksək dəqiqlikli raket ehtiyatlarının gözləniləndən daha sürətlə tükənməsindən narahatdır.

İNFOAZ.MEDİA xəbər verir ki, CBS News-un məlumatına görə, Patriot və THAAD sistemlərinin tutucu raketləri, həmçinin Tomahawk və JASSM tipli uzaqmənzilli raketlərin intensiv istifadəsi ABŞ-ın mövcud ehtiyatlarına ciddi təzyiq göstərib.

Məlumata əsasən, bu tip silahların istehsal gücünün artırılması illər tələb etdiyindən, Pentaqon bahalı və strateji əhəmiyyət daşıyan sursatları qorumaq məqsədilə daha ucuz və qısamənzilli silahlardan – JDAM idarəolunan bombaları və Small Diameter Bomb (SDB) sursatlarından daha geniş istifadə etməyə başlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki