Ukraynanın müdafiə naziri vəzifəsini itirdikdən sonra Fedorova ABŞ-nin Palantir şirkətinin baş icraçı direktoru Aleks Karp tərəfindən vəzifə təklif edilib.
İNFOAZ.MEDİA xəbər verir ki, The Times qəzetinin məlumatına görə, Fedorov bu təklifi qəbul etməyib. O, yaxın ətrafına Ukraynanı tərk etmək və Silikon Vadisinə köçmək niyyətində olmadığını bildirib.
Mənbənin yazdığına görə, Fedorov ölkəsində qalaraq Rusiyaya qarşı davam edən müharibə şəraitində Ukraynanın müdafiəsinə töhfə verməyə davam etmək istədiyini deyib.
Jalə
























