ABŞ–İsrail zərbələri nəticəsində İranda yüzlərlə məktəb və tibb müəssisəsi zərər görüb.
The New York Times tərəfindən aparılan təhlilə görə, ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 22 məktəb və 17 səhiyyə müəssisəsinə ziyan dəyib.
İNFOAZ.MEDİA xəbər verir ki, lakin İran Qızıl Aypara Cəmiyyəti bu rəqəmlərin reallığı tam əks etdirmədiyini bildirir. Qurumun məlumatına əsasən, ümumilikdə 763 məktəb və 316 tibb müəssisəsi zədələnib və ya tamamilə dağıdılıb.
Hücumların bir çoxunun paytaxt Tehran kimi sıx məskunlaşmış əraziləri hədəf aldığı qeyd olunur. Bu isə mülki itkilərin artmasına səbəb olub.
Məlumatlara görə, indiyədək azı 1,700-dən çox mülki şəxs həlak olub, onların arasında uşaqlar və tibb işçiləri də var.
Jalə
























