Zohran Məmdanibackend

Zohran Məmdani: Qəzzadakı müharibə minlərlə ailənin həyatını alt-üst edib

Nyu-York merliyinə namizəd Zohran Məmdani Qəzzadakı vəziyyətlə bağlı emosional çıxış edib.

İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, Staten-Aylenddə dini icma liderləri ilə görüş zamanı Qəzzadan olan və qaçqınlara dəstək göstərən təşkilatın himayəsində yaşayan bir gənclə görüşüb. Məmdaninin sözlərinə görə, həmin gənc müharibə nəticəsində bir qolunu itirib.

Məmdani iddia edib ki, Qəzzada on minlərlə uşaq ağır xəsarətlər alıb və bəziləri anesteziya olmadan əməliyyat olunmağa məcbur qalıb. O, həmçinin fələstinlilər arasında ölənlərin sayının 70 mindən çox olduğunu və real rəqəmin daha yüksək ola biləcəyini bildirib.

Nyu-York merliyinə namizəd əlavə edib ki, münaqişə təkcə Yaxın Şərqdə deyil, Nyu-Yorkda yaşayan çoxsaylı fələstinli ailələrin də həyatına ciddi təsir göstərib. Onun sözlərinə görə, bəziləri illərlə topladıqları vəsaitlə vətənlərində ev tikmək istəsələr də, həmin evlər hava zərbələri nəticəsində dağıdılıb. Məmdani həmçinin aclıqla üzləşən ailələrin ona yardım üçün müraciət etdiyini qeyd edib.

O vurğulayıb ki, bu hadisələr çoxsaylı Nyu-York sakinlərinin vicdanına və humanitar dəyərlərinə təsir etməklə yanaşı, münaqişədən birbaşa zərər çəkən insanların həyatını da darmadağın edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki