Zelenskibackend

Zelenski: Ukrayna qışa hazırlıq görür, enerji infrastrukturunun bərpası davam edir

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin gələn qış mövsümünə hazırlıq gördüyünü və dağıdılmış enerji infrastrukturunun bərpasının davam etdiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, artıq hər bir region üzrə dayanıqlılıq planları təsdiqlənib və yerli icmalara alternativ enerji istehsalı imkanlarının yaradılması, eləcə də obyektlərin yenidən qurulması ilə bağlı tapşırıqlar verilib. Hazırda ölkə üzrə 245 enerji obyektinin fəaliyyət göstərdiyi bildirilir.

Zelenski həmçinin qeyd edib ki, Ukrayna Avropa İttifaqından maliyyə dəstəyi gözləyir. Onun sözlərinə görə, nəzərdə tutulan təxminən 90 milyard avroluq yardım paketinin bir hissəsi qış mövsümünə hazırlıq işlərinə yönəldilə bilər.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki