image-zelenski1backend

Zelenski ABŞ-ın ən yaxşı prezidentinin Linkoln olduğunu dedi

“ABŞ-ın ən yaxşı prezidenti kimdir?” sualına Zelenski qısa şəkildə “Linkoln” cavabını verib.

İNFOAZ.MEDİA xəbər verir ki, bunun ardınca Loomer, “Prezident Tramp bu müsahibəni izləyəcək”, – deyərək xatırladıb.

Zelenski isə cavabında Donald Trampı “yaxşı və güclü lider” adlandırıb, lakin onun tarixi rolunun zamanla qiymətləndiriləcəyini bildirib.

“Tramp yaxşı, güclü liderdir. Onun ən yaxşı olub-olmadığını isə, əlbəttə, tarix göstərəcək. Bəzən biz yaşayarkən bunu bilmirik. Bəzən kimlərəsə abidələr ucaldırıq, sonra isə anlayırıq ki, o, elə də böyük şəxsiyyət olmayıb”, – deyə Zelenski bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki