image-images-41backend

Yunanıstanın müdafiə naziri: NATO olmasaydı, Varşava Müqaviləsi Türkiyə və Yunanıstana nəzarət edərdi

Yunanıstanın müdafiə naziri Nikos Dendias NATO-nun regional təhlükəsizlikdəki roluna dair diqqətçəkən açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Dendias bildirib ki, onun fikrincə, əgər Yunanıstan və Türkiyə NATO üzvü olmasaydılar, Varşava Müqaviləsi hər iki ölkəyə nəzarəti ələ keçirə bilərdi.

“Əgər Yunanıstan və Türkiyə NATO-nun üzvü olmasaydılar, mənim fərziyyəmə görə, Varşava Müqaviləsi hər iki ölkəyə nəzarət edərdi”, – deyə müdafiə naziri vurğulayıb.

Nazirin sözlərinə görə, bu ehtimal NATO-nun regionun təhlükəsizliyi və strateji balansın qorunmasındakı əhəmiyyətini göstərir. Qeyd edək ki, Varşava Müqaviləsi Soyuq müharibə dövründə Sovet İttifaqının rəhbərliyi altında fəaliyyət göstərən hərbi-siyasi ittifaq olub və 1991-ci ildə ləğv edilib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki