Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin təhlükəsizliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Nazir bildirib ki, Yunanıstan kifayət qədər güclü silahlı qüvvələr olmadan mövcudluğunu davam etdirə bilməz.
“Ölkəmiz kifayət qədər güclü silahlı qüvvələr olmadan yaşaya biləcək dövlət deyil. Bu, siyasi üstünlük və ya hər hansı seçim məsələsi deyil. Bu, mövcudluğumuz üçün həyati zərurətdir”, – deyə Dendias vurğulayıb.
Onun sözlərinə görə, Yunanıstanın müdafiə qabiliyyətinin gücləndirilməsi ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından əsas prioritetlərdən biridir.
Jalə
























