image-patriot-missile-system-dc_sivp3fbackend

Yunanıstana Ukraynaya “Patriot” raketləri verməsi üçün təzyiq artır

NATO və Avropa İttifaqındakı müttəfiqlər Yunanıstana Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid raketlər verməsi üçün təzyiq göstərir.

İNFOAZ.MEDİA xəbər verir ki, Kathimerini nəşrinin məlumatına görə, Kiyev Yunanıstandan “Patriot” sistemlərinə məxsus 200-ə qədər PAC-2 raketi istəyib.

Məlumata əsasən, bu müraciət Yunanıstanın tam “Patriot” batareyalarını Ukraynaya verməsi ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra gündəmə gəlib.

Ukrayna rəsmiləri hesab edirlər ki, 23 il əvvəl istehsal olunan raketlərin bir qismi istismar müddətinin sonuna yaxınlaşsa da, hələ də istifadə üçün yararlı ola bilər.

Müzakirə olunan variantlardan birinə görə, Yunanıstan raketləri Norveçə satacaq, Norveç isə onları Ukraynaya təhvil verəcək. Lakin Afina bu təklifə razılıq verəcəyinə dair hələlik heç bir siqnal verməyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki