Yunanıstanın müdafiə naziri Nikos Dendias ölkəsinin İsraillə müdafiə sahəsində əməkdaşlıq planlarından danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Dendias bildirib ki, məqsəd İsraildən hazır hərbi sistemlər almaq deyil, İsrail şirkətləri ilə birlikdə bu sistemləri Yunanıstanda istehsal etməkdir.
Nazirin sözlərinə görə, bu yanaşma Yunanıstanda müdafiə sənayesi istehsal bazasının formalaşdırılmasına, yerli şirkətlərlə əməkdaşlığın genişlənməsinə və istehsal olunan məhsulların həm Avropa, həm də Yaxın Şərq bazarlarına ixracına imkan yaradacaq.
Jalə
























