Avropa İttifaqı Qrenlandiyanı qlobal gəmiçilik marşrutlarının inkişafında strateji əhəmiyyətə malik region kimi qiymətləndirir.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Avropa Parlamentində çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Qrenlandiya yalnız mühüm xammal ehtiyatlarına malik ərazi deyil, həm də dünya dəniz yollarının inkişafında əsas forpostlardan biridir. Ursula fon der Leyen vurğulayıb ki, Qrenlandiyanın gələcəyi ilə bağlı qərarlar yalnız onun xalqına məxsusdur.
Orxan,
İNFOAZ.MEDİA
























