ABŞ-ın vitse-prezidenti JD Vens İranla aparılan danışıqlar prosesi ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens bildirib ki, ilk görüşdən sonra sosial mediada İran tərəfinin danışıqları tərk edəcəyi ilə bağlı geniş müzakirələr aparılsa da, tərəflər daha sonra uzun müddət danışıqları davam etdiriblər.
“İlk görüşdən sonra sosial mediada iranlıların gedəcəyi ilə bağlı böyük bir dalğa yarandı. Amma bundan sonra biz onlarla təxminən daha 9 saat danışdıq”, – deyə o qeyd edib.
ABŞ rəsmisi media nümayəndələrini İran sosial mediasında yayılan məlumatlara ehtiyatla yanaşmağa çağırıb.
Vensin sözlərinə görə, İran tərəfi çətin və qarışıq danışıqlar aparsa da, hazırkı mərhələdə müəyyən irəliləyiş əldə olunduğu düşünülür.
“Onlar çətin danışıqlar aparan tərəf ola bilərlər, amma biz irəliləyiş gördüyümüzü düşünürük”, – deyə Vens vurğulayıb.
Jalə
























