ABŞ-ın vitse-prezidenti JD Vens İranla aparılan danışıqlar zamanı yaşanan bir epizodla bağlı jurnalistin sualını cavablandırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, jurnalist Vensdən İranın nümayəndəsi Abbas Əraqçinin görüş otağına daxil olduqdan sonra salam vermədən və əl sıxmadan oranı tərk etməsinin ona qarşı hörmətsizlik kimi görünüb-görünmədiyini soruşub.
Vens isə bunu belə qiymətləndirmədiyini bildirib.
“Xeyr. İnanın, son bir neçə ay ərzində iranlılarla çox vaxt keçirmişəm. Bəzən onları danışıqlar aparan tərəf kimi son dərəcə qarışıq hesab edirəm”, – deyə ABŞ rəsmisi qeyd edib.
Rauf
























