image-images-38backend

Ukraynanın keçmiş müdafiə naziri: “Müharibə dəyişib, biz də dəyişməliyik”

Ukraynanın keçmiş müdafiə naziri Fedorov Silahlı Qüvvələrin baş komandanı Oleksandr Sırskinin xidmətlərini yüksək qiymətləndirib, eyni zamanda müharibənin xarakterinin köklü şəkildə dəyişdiyini vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, O bildirib ki, Sırski 2022-ci ildə Ukraynanın müdafiəsində mühüm rol oynayıb və Kiyev, Xarkov, eləcə də Xerson əməliyyatlarında iştirak edərək ölkənin qorunmasına töhfə verib.

“Belə bir komandirin xidmətlərini kiçiltmək olmaz. Lakin müharibə tamamilə dəyişib”, – deyə Fedorov qeyd edib.

Keçmiş nazirin sözlərinə görə, pilotsuz uçuş aparatlarının texnologiyası ildə ən azı dörd dəfə ciddi şəkildə yenilənir və ümumilikdə hər il 20-30 texnoloji dəyişiklik baş verir.

“Biz də dəyişməliyik. O vaxt işləyən üsullarla bu gün müharibə aparmaq mümkün deyil”, – deyə Fedorov vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki