Andrey Sibiqabackend

Ukrayna: Rusiyanın Qara dənizdə hücumları qlobal ərzaq təhlükəsizliyini təhdid edir

Ukraynanın xarici işlər naziri Andriy Sıbiha Rusiyanın Qara dənizdə mülki yük gəmilərinə qarşı hücumlarını sərtləşdirdiyini və bunun qlobal ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Nazirin sözlərinə görə, Moskva bu hücumları dayandırmasa, ərzaq qiymətlərində baş verəcək artım ən çox Afrika, Asiya, Yaxın Şərq və Latın Amerikası ölkələrinə təsir göstərəcək.

Sıbiha beynəlxalq ictimaiyyəti, xüsusilə də bu regionlardakı ölkələri Rusiyaya təzyiq göstərməyə çağıraraq, Qara dənizdə gəmiçilik azadlığına qarşı hücumların dərhal dayandırılmasını tələb etməyə səsləyib.

Ukrayna XİN rəhbəri Rusiyanın Qara dənizdəki hərəkətlərini İranın Hörmüz boğazında enerji təhlükəsizliyinə yaratdığı təhdidlə müqayisə edib. O bildirib ki, Rusiya ərzağı silaha çevirir və aclıqdan müharibə aləti kimi istifadə edir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki