image-puabackend

Ukrayna Rusiya zavodunu vurdu – ÖLƏN VƏ YARALANANLAR VAR

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Smolensk vilayətində yerləşən gübrə istehsalı müəssisələrindən birini pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

İNFOAZ.MEDİA xəbər verir ki, hücumdan sonra zavodun ərazisində güclü yanğın baş verib.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib, daha 4 nəfər isə ağır xəsarət alıb. Ölənlərdən üçünün xilasedici olduğu qeyd olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki