Polşanın Baş naziri Donald Tusk “Nord Stream 2” qaz kəməri ilə bağlı Almaniyaya sərt mesaj verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tusk bildirib ki, Polşa hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, “Nord Stream 2”nin reallaşmasının qarşısını almağa çalışıb və Avropanın Rusiya qazından mümkün qədər müstəqil olması üçün səylər göstərib.
Onun sözlərinə görə, Rusiya Ukraynaya hücum etdikdən və özünü təcavüzkar kimi göstərdikdən sonra müxtəlif addımlar atan şəxslərin Almaniyada təqib olunması düzgün deyil.
“Mən hesab edirəm ki, utanmalı olan insanlar “Nord Stream 2”ni sıradan çıxaranlar deyil, onu tikənlərdir”, – Tusk deyib.
Jalə
























