Türkiyənin yerli istehsalı olan SOM-J qanadlı raketi uğurla sınaqdan keçirilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Türkiyədə TÜBİTAK SAGE tərəfindən hazırlanmış SOM-J qanadlı raketi növbəti sınaq atışı zamanı hədəfi tam dəqiqliklə vurub.
Məlumata görə, canlı döyüş başlığı ilə həyata keçirilən son sınaq zamanı raket bütün parametrlər üzrə gözlənilən nəticəni verib və hədəfə yüksək dəqiqliklə çatıb.
Qeyd edək ki, SOM-J raketi aşağı radar görünürlüğü (stealth xüsusiyyəti), dəniz səthinə yaxın uçuş (sea-skimming), yüksək dəqiqlikli IIR (infraqırmızı görüntüləmə) yönləndirmə sistemi və uçuş zamanı məlumat yeniləməsi üçün datalink imkanları ilə təchiz olunub.
Mütəxəssislərin fikrincə, bu xüsusiyyətlər raketin həm quru, həm də dəniz hədəflərinə qarşı effektivliyini əhəmiyyətli dərəcədə artırır.
Orxan
























