ABŞ-ın İrana mümkün hərbi müdaxiləsi halında Türkiyənin təhlükəsizlik məqsədilə İran ərazisinə daxil olacağı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
İNFOAZ.MEDİA xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi açıqlama yayıb.
Bəyanatda vurğulanıb ki, Türkiyə regionda mövcud olan bütün münaqişələrin dialoq və diplomatik yollarla həllinin tərəfdarıdır və uzunmüddətli sabitliyin qorunması üçün fəaliyyətini davam etdirir. Həmçinin bildirilib ki, yarana biləcək hər hansı təhlükə və risklərə qarşı dövlətin aidiyyəti qurumları ilə sıx əməkdaşlıq çərçivəsində lazımi addımlar atılır.
Jalə
























