ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Melonini yenidən sərt şəkildə tənqid edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Tramp bildirib ki, ABŞ uzun illərdir NATO çərçivəsində İtaliya və müttəfiqlərinin müdafiəsinə böyük vəsait ayırıb, lakin İranın nüvə təhlükəsi ilə bağlı məsələdə İtaliya Vaşinqtona dəstək vermək istəməyib.
“Biz NATO, İtaliya və onların təhlükəsizliyi üçün trilyonlarla dollar xərcləmişik. Amma sınaq anında onlar bizi və dünyanın qalan hissəsini müdafiə etmək üçün yanımızda olmadılar. Bu yaxşı deyil”, – Tramp qeyd edib.
Jalə
























