ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin ona İrana silah satmayacaqlarına dair təminat veriblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, Pekində keçirilən son görüş zamanı Si Cinpin heç bir halda İslam Respublikasına silah verməyəcəyini və ya satmayacağını bildirib. O qeyd edib ki, bu öhdəlik Çin şirkətlərinə də şamil olunur.
“Aramızdakı münasibətləri nəzərə alaraq onun sözünə inanıram. Bundan əlavə, mən də onun üçün çox böyük yaxşılıqlar edirəm”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti əlavə edib ki, Vladimir Putin də Ukraynada müharibənin davam etməsinə baxmayaraq, İrana silah satmayacağını söyləyib.
Tramp həmçinin qeyd edib ki, ABŞ Ukraynaya birbaşa silah satmır, silahları NATO ölkələrinə satır və həmin ölkələr bu silahların pulunu tam ödəyirlər.
“Bu silahların sonradan necə paylandığını bilmirəm. Buna görə də İranla bağlı adı ən çox hallanan iki böyük ölkənin – Çin və Rusiyanın – bu prosesdə iştirak etmədiyini düşünürəm. Əgər iştirak etsəydilər, bu, onlar üçün çox pis olardı və qətiyyən maraqlarına uyğun olmazdı”, – deyə Tramp bildirib.
Rauf
























