ABŞ Prezidenti Donald Tramp bu həftə raket və sursat istehsalının artırılması məsələsini müzakirə etmək üçün Pentaqon rəhbərliyi və ölkənin iri müdafiə sənayesi şirkətlərinin nümayəndələri ilə görüş keçirəcək.
İNFOAZ.MEDİA xəbər verir ki, İranla bağlı qarşıdurma fonunda ABŞ-ın hərbi ehtiyatlarında yaranan təzyiq səbəbindən silah istehsalının sürətləndirilməsi gündəmə gətirilib.
Pentaqonun artıq bir sıra müdafiə şirkətləri ilə ilkin razılaşmalar əldə etdiyi bildirilir. Razılaşmalara əsasən, əsas hərbi sistemlərin, o cümlədən “Patriot” hava hücumundan müdafiə raketləri və “Tomahawk” qanadlı raketlərinin istehsal həcminin artırılması nəzərdə tutulur.
Prosesə cəlb olunan şirkətlər arasında Lockheed Martin, RTX, Boeing, L3Harris, Northrop Grumman və Honeywell də yer alır.
Bununla belə, qeyd olunur ki, planların böyük hissəsi hələ maliyyələşdirilməyib və hazırda ABŞ Konqresi ilə administrasiya arasında müdafiə büdcəsi üzrə danışıqlar davam edir.
Rauf
























