NATO-nun baş katibi Mark Rutte Ukraynadakı müharibə ilə bağlı açıqlama verərək Ukrayna qüvvələrinin döyüş meydanında nəticə göstərdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Rutte “Fox News”a müsahibəsində Ukrayna ordusunun Rusiya qüvvələrinə ciddi itkilər verdiyini iddia edib.
“Ukrayna döyüş meydanında yaxşı nəticələr göstərir. Onlar hər ay təxminən 30–35 min Rusiya hərbçisini öldürür və ya ağır yaralayır. Bunlar inanılmaz rəqəmlərdir”, – deyə Rutte bildirib.
Jalə
























