Ruttebackend

Rutte: “Avropa ABŞ üçün güc proyeksiyası platformasına çevrilib”

NATO-nun baş katibi Mark Rutte ABŞ və Avropa müttəfiqlərinin hərbi əməkdaşlığı ilə bağlı açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rutte “Fox News”a müsahibəsində NATO daxilində müəyyən narazılıqların olduğunu qəbul etsə də, bunların ayrı-ayrı hallar olduğunu bildirib.

“Bilirəm ki, NATO ilə bağlı məyusluq var. Amma görmək lazımdır ki, bunlar təcrid olunmuş hallardır, çünki burada deyiləcək daha çox şey var”, – deyə o qeyd edib.

Ruttenin sözlərinə görə, bir çox Avropa ölkəsi ABŞ-ın “Epic Fury” adlandırılan əməliyyatına dəstək məqsədilə öz hərbi bazalarını istifadəyə verib.

“Ölkə-ölkə, müttəfiq-müttəfiq bazalarını ‘Epic Fury’ üçün əlçatan edib. Minlərlə uçuş həyata keçirilib, təyyarələr Avropa bazalarından havaya qalxaraq əməliyyata dəstək verib. Bu mənada Avropa ABŞ üçün güc proyeksiyası platformasına çevrilib”, – NATO baş katibi bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki