Rusiya Rumıniya ilə sərhəddə Ukrayna hədəflərinə qarşı yeni bir sıra pilotsuz təyyarə hücumları həyata keçirib.
Bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hava vəziyyətini izləmək üçün iki F-16 qırıcı təyyarəsi havaya qaldırılıb. Ukrayna hava hücumundan müdafiə sistemindən kənara çıxan pilotsuz təyyarə Rumıniya hava məkanına daxil olub və yaşayış məntəqəsinin kənarındakı Pareş kəndindən 2 kilometr aralıda qəzaya uğrayıb. Maddi ziyan və ya tələfat yoxdur”, – məlumatda qeyd edilib.
























