image-lancers-roafbackend

Rumıniya Hərbi Hava Qüvvələri ölkə hava məkanına daxil olan PUA-nı vurub

Rumıniya Prezidenti Nikuşor Dan ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatının (PUA) Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı tərəfindən məhv edildiyini açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Prezidentin sözlərinə görə, hadisə yerli vaxtla saat 11:00 radələrində baş verib. PUA yaşayış olmayan ərazi üzərində vurulduğundan pilot atəş açarkən mülki əhali üçün heç bir risk yaranmayıb.

Nikuşor Dan bildirib ki, hazırda aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerində araşdırma aparır və insidentin bütün təfərrüatları araşdırılır.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki