“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında qalmaq istədiyini açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Ronaldo bildirib ki, Səudiyyə Ərəbistanda xoşbəxtdir və burada qalmaq, oynamağa davam etmək istəyir.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ronaldonu Amerikada oynamağa dəvət etmişdi.
41 yaşlı futbolçu hazırda Əl-Nəsr klubunda, Səudiyyə Ərəbistanı Peşəkar Liqasında çıxış edir. O, 2023-cü ildən komandadadır. Bu mövsüm 24 oyunda 21 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fevral ayında Ronaldo Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun klub idarəçiliyindən narazı qalaraq oyunları boykot etsə də, sonradan komandaya qayıdıb.
Jalə
























