Moskvanın şimalında əvvəllər məhkum olunmuş qadın qar təmizləyən maşını oğurladığına görə saxlanılıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Moskva üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin məlumatına görə, xidmət şirkətinin əməkdaşı Timiryazevskaya küçəsində həyəti təmizlədikdən sonra texnikanı söndürərək yardımçı otağa daxil olub. Bu vaxt fürsətdən istifadə edən qadın 139 min rubl dəyərində olan maşını oğurlayıb.
Şübhəli şəxs qısa müddət ərzində saxlanılıb, faktla bağlı araşdırma aparılır.
Jalə,
İNFOAZ.MEDİA
























