Qalibafbackend

Qalibaf ABŞ-a xəbərdarlıq etdi: Nə qədər danışsalar, cavabımız bir o qədər fərqli olacaq

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-dan gələn təhdidlərə münasibət bildirərək Vaşinqtonun açıqlamalarını ciddi qəbul etmədiklərini bəyan edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, əgər təhdidlər nəticə versəydi, hazırkı vəziyyət yaranmazdı və İran bu cür ritorikanın təsirli olmadığını düşünür.

O, ABŞ rəsmilərini açıqlamalarında daha ehtiyatlı olmağa çağıraraq İran Silahlı Qüvvələrinin fərqli formada cavab verməyə hazır olduğunu vurğulayıb.

“Nə qədər çox danışsalar, hərəkət edən tərəf bir o qədər biz olacağıq”, – deyə Qalibaf qeyd edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki