Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığı aparıb.
İNFOAZ.MEDİA xəbər verir ki, söhbət zamanı liderlər Yaxın Şərqdəki hərbi-siyasi vəziyyəti müzakirə edərək regiondakı gərginliyin artmasından narahatlıqlarını ifadə ediblər.
Tərəflər hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasının və münaqişənin həlli üçün diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin Rusiya və BƏƏ arasında əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib.
Rauf
























