Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin Rusiya ilə bağlı davranışına dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putinin sözlərinə görə, Qərb dövlətləri hələlik öz ərazilərindən birbaşa hərbi addımlar atmaq mərhələsinə keçməyib, çünki bunun cavab zərbəsi ilə nəticələnə biləcəyini anlayırlar.
Rusiya lideri bildirib ki, buna görə də müxtəlif hadisələrdə məsafə saxlamağa çalışırlar. O, nümunə kimi Baltik regionunda pilotsuz uçuş aparatları ilə bağlı halları göstərərək iddia edib ki, bu cür hadisələrdə məsuliyyətin birbaşa Moskvaya yönəldilmədiyini, fərqli izahların irəli sürüldüyünü qeyd edib.
Jalə
























