Müharibənin başa çatması yalnız Tehranın qanuni hüquqlarının qəbul edilməsi, vurulan ziyanın ödənilməsi və gələcək hücumların qarşısını alacaq beynəlxalq təhlükəsizlik təminatlarının verilməsi ilə mümkün ola bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian özünün “X” hesabında yazıb.
O bildirib ki, bu məsələ Rusiya və Pakistan liderləri ilə keçirdiyi görüşlər zamanı müzakirə olunub.
Bundan əlavə, tərəflər regiondakı mövcud vəziyyət, gərginliyin azaldılması və müharibənin dayandırılması yolları barədə də fikir mübadiləsi aparıblar.
EMİN
İNFOAZ.MEDİA
























