image-fff0dde998444c83a98798eb0b63d71b02022026081358661backend

Ayxan Baxşəlizadə hücuma məruz qalıb – Məlahət Qarayeva ittiham olunur

Vale Tudo Federasiyasının sabiq prezidenti, ictimai-siyasi xadim Ayxan Baxşəlizadə hücuma məruz qalıb.

İNFOAZ.MEDİA-nın əldə etdiyi məlumata görə, hadisə iyunun 13-də Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən “Port Baku Bazar Market”də baş verib.

Belə ki, ictimai-siyasi xadim alış-veriş edərkən xalası Məlahət Qarayeva ilə aralarında mübahisə yaranıb. İddialara əsasən, mübahisə zamanı Məlahət Qarayeva onu təhqir edərək üzərinə gəlib, daha sonra tərəflər arasında insident yaşanıb.

Hadisə ilə bağlı Ayxan Baxşəlizadə Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzinə və 22-ci Polis Şöbəsinə müraciət edib. Araşdırma materiallarında qeyd olunur ki, fakt üzrə baş, bədən və üz nahiyəsində hər hansı xəsarətin olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizasının keçirilməsi barədə qərar qəbul edilib.

Hazırda faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisənin bütün təfərrüatları və tərəflərin məsuliyyəti aparılan araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.

Qeyd edək ki, Ayxan Baxşəlizadə (2024-2026) Vale Tudo Federasiyasının sabiq prezidenti olub ve bu ilin əvvəlin tutduğu postdan istefa verib.

Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki