ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq direktoru Devid Petreus Çin və Tayvan məsələsi ilə bağlı fikirlərini bölüşüb.
İNFOAZ.MEDİA xəbər verir ki, Petreus bildirib ki, ABŞ və müttəfiqləri elə güclü çəkindirmə siyasəti formalaşdırmalıdırlar ki, Çin Prezidenti Si Cinpin hər gün Tayvana qarşı hərbi addım atmaq fikrindən daşınsın.
Onun sözlərinə görə, Si Cinpin hər səhər güzgüyə baxarkən Sincanda uyğurlara qarşı həyata keçirilən siyasəti, Tibetdəki tədbirləri və Honq-Konqda demokratiya hərəkatının yatırılmasını xatırlaya bilər. Lakin Petreus vurğulayıb ki, Çin rəhbərinin “arzu siyahısında” qalan əsas məsələlərdən biri Tayvandır.
Sabiq CIA rəhbəri əlavə edib ki, məqsəd hər gün Si Cinpinin Tayvana baxaraq öz-özünə “Bu gün yox” deməsini təmin edəcək qədər güclü çəkindirmə yaratmaqdır.
Jalə
























