Pete Hegseth bildirib ki, yadplanetli həyatın mövcudluğu ehtimalı istisna edilmir və ABŞ Müdafiə Nazirliyi naməlum uçan obyektlər (UNO) barədə bəzi məlumatları açıqlaya bilər.
İNFOAZ.MEDİA xəbər verir ki, o, Koloradoda keçirilən media brifinqində bildirib: “Bu prosesin nə qədər davam edəcəyini indidən söyləmək çətindir. Nazirliyimiz bu məsələ üzərində işləyir. Biz ABŞ Prezidentinin icra sərəncamına tam şəkildə əməl edəcəyik və əldə olunan məlumatları Prezidentə təqdim edəcəyik. Məlumatları diqqətlə araşdıracağıq. Təfərrüatları gözləyin. Bu, düşünülmüş və mərhələli bir proses olacaq. Çox vəd verib sonra onları yerinə yetirməmək istəmirəm”, – deyə o, jurnalistlərə açıqlamasında qeyd edib.
Jalə
























