ABŞ-nin müdafiə naziri Pit Heqset İranın Hörmüz boğazındakı fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Heqset bildirib ki, Vaşinqton Tehrana danışıqlar aparmaq və Hörmüz boğazı məsələsində konstruktiv mövqe nümayiş etdirmək üçün kifayət qədər imkan verib.
“İrana danışıqlar aparmaq və Hörmüz boğazı ilə bağlı məntiqli davrandığını göstərmək üçün hər cür fürsət təqdim olunub. Lakin onlar kommersiya gəmiçiliyini hədəfə alacaqlarsa, Prezidentin də dediyi kimi, biz onlara 10 dəfə daha sərt zərbə endirəcəyik”, – deyə ABŞ müdafiə naziri vurğulayıb.
Jalə
























